EN

Azərbaycan komandası dünya robotexnika finalında qızıl və gümüş medal qazanıb

Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və AREA Akademiyasının təşkilatçılığı ilə Azərbaycan gənclərindən ibarət komanda Hindistanın Noida şəhərində dünyanın ən böyük robotexnika çempionatında - “TechnoXian World Cup 9.0”da iştirak edib.

Komanda yarışda yüksək nəticələr əldə edərək qızıl və gümüş medallara layiq görülüb. Belə ki, dünyanın müxtəlif ölkələrindən 12 min finalçının iştirak etdiyi mötəbər yarışda Azərbaycan komandası Qrand Çempionat – Dron Yarışı (PUA) üzrə dünya çempionu titulunu qazanıb, RC Craft (Aviamodelizm) üzrə isə dünya ikincisi olub. Bundan əlavə, gənclərimiz ölkəmizi 8 komanda ilə təmsil edərək Azərbaycanın adını beynəlxalq arenada bir daha yüksəldiblər.

Çempionat çərçivəsində azərbaycanlı gənclər tərəfindən təqdim edilən ideya və texnoloji həllər beynəlxalq münsiflər və izləyicilər tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycan komandasının sözügedən yarışda əldə etdiyi uğurlar ölkənin robotexnika və süni intellekt sahəsində yüksələn gücünü və bu istiqamətdə atılan addımların müsbət nəticələr verdiyini bir daha təsdiqləyir.

Chosen
34
5
azertag.az

6Sources