EN

Baş nazir: Gürcüstanda hakimiyyətin devrilməsi mümkün deyil

Tbilisi, 16 sentyabr, AZƏRTAC

Gürcüstanda hakimiyyətin dinc və ya zorakı yolla devrilməsindən danışmaq üçün əsas yoxdur. Bu səbəbdən, müxalifətdəki Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri olan Levan Xabeişviliyə qarşı irəli sürülən ittihamlarla bağlı yekun qərarı məhkəmə verəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında söyləyib.

Qeyd edək ki, keçmiş hakim Vahid Milli Hərəkat Partiyasının siyasi şurasının sədri Levan Xabeişvili sentyabrın 11-də saxlanılıb. Müxalifətçinin həbsinə səbəb onun sosial şəbəkələrdə və telekanallarda açıq çağırışları olub.

O, həmçinin inqilab və hakimiyyətin devrilməsi barədə anonslar səsləndirməkdə və hakimiyyət nümayəndələrinə 20 min dollar rüşvət təklif etməkdə ittiham olunur.

Hökumət başçısı deyib ki, korrupsiya və narkotik cinayətlərinə dair qanunvericiliyin sərtləşdirilməsi ilə yanaşı, siyasi motivli cinayətlərə münasibət də sərtləşdiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
20
2
azertag.az

3Sources