EN

Belçika səfirliyi Bakıda Formula 1 mövzusunda tədbir keçirəcək

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 16 sentyabr, AZƏRTAC

Belçikanın Azərbaycandakı səfirliyi yüksək performanslı idman növləri, texnoloji innovasiyalar və dünya səviyyəli mühəndisliyə dair hər iki ölkənin ortaq həyəcan və marağını qeyd etmək, Formula 1 dünyasının tanınmış simalarını, həmçinin Belçika və Azərbaycanın biznes icmasının nümayəndələrini bir araya gətirmək üçün tədbir keçirəcək.

AZƏRTAC xəbər verir ki, tədbir sentaybrın 18-də F1 paddokunun tam yaxınlığında baş tutacaq və F1-in yüksək səviyyəli belçikalı simalarının avtoidman və yüksək texnologiya sahəsində qazandıqları təcrübələrini bölüşəcəyi panel müzakirəsi ilə davam edəcək.

Bu tədbir müvafiq sənaye liderləri, sahibkarlar və avtoidman peşəkarları üçün unikal şəbəkələşmə imkanı da yaradacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-prisi sentyabrın 19-21-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
3
azertag.az

4Sources