EN

Siyavuş Novruzov: İaşə obyektlərinin adı birinci ingilis dilində yazılır, dil normaları pozulur

Apa.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Özəl iaşə obyektlərinin adı birinci ingilis, ikinci rus, üçüncü sırada isə Azərbaycan dilində yazılır.

APA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı komitə sədri Siyavuş Novruzov deyib.

Komitə sədri bildirib ki, özəl sektorda dövlət dilinin normaları pozulur: "Özəl iaşə obyektlərində, müəssisələrdə, ticarət obyektlərində ilk növbədə dövlət dilinin tələbləri nəzərdə tutulmalıdır. Bəzi hallarda rast gəlirik ki, Azərbaycan dili üçüncü sırada yazılır. Birinci ingilis, ikinci rus, üçüncü sırada isə Azərbaycan dilində yazılır. Azərbaycan dilinin normaları pozulur. Bu qanun qəbul edildikdən sonra dövlət dili norması əsas dil norması kimi tətbiq olunacaq”.

Qeyd edək ki, layihəyə əsasən, prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi və onların adlarının dəyişdirilməsi dövlət dilinin normaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
49
6
apa.az

10Sources