EN

“Əvvəlcə ingilis rus, sonra Azərbaycan dilində yazırlar”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Azərbaycan dilinin normaları özəl sektorun bəzi hissələrində pozulur”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bu gün keçirilən komitə iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

“İaşə obyektlərində, müəssisələrdə, ticarət obyektlərində ilk növbədə dövlət dilinin tələbləri nəzərdə tutulmalıdır. Bəzi hallarda rast gəlirik ki, Azərbaycan dili üçüncü sırada yazılır. Birinci ingilis dilində, ikinci rus, üçüncü sırada isə Azərbaycan dilində yazılır. Bu Qanun qəbul edildikdən sonra, dövlət dili norması əsas dil norması kimi tətbiq olunacaq”, - deyə komitə sədri bildirib.

Nuranə Daxilqızı 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
5
qafqazinfo.az

9Sources