Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanı axtarışa verib.
Bakıvaxtı.az xəbər verir ki, onun axtarışa verilməsi ilə bağlı informasiya Ukrayna Daxili İşlər Nazirliyinin məlumat bazasında yerləşdirilib.
Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbərinə qarşı “Ukraynanın ərazi bütövlüyünə qəsd” maddəsi ilə qiyabi ittiham irəli sürülüb.