EN

Azərbaycan klubu üç ukraynalı voleybolçunu transfer edib

Bakı, 16 sentyabr, AZƏRTAC

Qadın voleybolçulardan ibarət “Abşeron” komandası heyətinə üç yeni oyunçu cəlb edib.

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Bakı klubu ukraynalı voleybolçular - Daria Kaplanska, Anastasiya Mayevska və Yana Prokopovanın keçidini rəsmiləşdirib.

Hər üç voleybolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, ötən mövsüm “Abşeron” Yüksək Liqanın gümüş medallarına sahib çıxıb.

Chosen
29
3
azertag.az

4Sources