EN

Qarşıdakı üç ildə orta illik inflyasiya azalacaq - PROQNOZ


Azərbaycan hökuməti 2026-2029-cu illərdə orta illik inflyasiyanın azalacağını proqnozlaşdırır. Maliyyə Nazirliyinin məlumatlarında qeyd olunur ki, 2025-ci ilin sonuna ölkədə orta illik inflyasiya 5,4 % təşkil edəcək. Proqnozlara görə, 2026-cı ildə Azərbaycanda orta illik inflyasiya 4,8 %-ə qədər enəcək. Bildirlib ki, 2027-ci ildə orta illik inflyasiyanın 4,5 %, 2028-ci ildə – 4,3 %, 2029-cu ildə isə – 4,2 % səviyyəsində olacağı gözlənilir. Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2,2 % təşkil edib.

Mətləb

Chosen
56
6
baki-xeber.com

8Sources