EN

Xalq artisti Hacı Murad Yegizarovla vida mərasimi keçirilir

BAKI, 16 sentyabr. TELEQRAF

Xalq artisti Hacı Murad Yegizarovla Təzəpir Məscidində vida mərasimi keçirilir.

Teleqraf xəbər verir ki, Xalq artistinin vida mərasimində Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə yanaşı bir çox incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ailə üzvləri iştirak edirlər.

Qeyd edək ki, Xalq artistinin nəşi bu gün səhər saatlarında Almaniyadan Azərbaycana gətirilib. O, uzun sürən xəstəlikdən vəfat edib.

Hacı Murad Yegizarov II Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Chosen
18
teleqraf.com

1Sources