EN

Azərbaycanın mədəni irsi Avstraliyada təqdim olunub

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 16 sentyabr, AZƏRTAC

Azərbaycan Avstraliya İttifaqının Melburn şəhərində keçirilən ənənəvi “Tesselaar Tulip Festival”da ilk dəfə təmsil olunub.

Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Avstraliyanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan diasporunun nümayəndələri Dövlət Komitəsinin dəstəyi və Avstraliya-Azərbaycan Assosiasiyaları Alyansının təşkilatçılığı ilə festivalda fəal iştirak ediblər.

Festival çərçivəsində Azərbaycana aid xüsusi guşə yaradılıb. Burada ziyarətçilərə ölkəmizin zəngin mədəni irsindən, milli musiqisindən və rəqs sənətindən nümunələr təqdim olunub. “AYTAY” musiqi qrupunun və “ADENA” rəqs qrupunun çıxışları tamaşaçılara yaddaqalan anlar yaşadıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
3
azertag.az

4Sources