EN

Türkmənistanda seçki sistemi təkmilləşdirilir

BAKI, 16 sentyabr. TELEQRAF

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri Ülvi Axundlu, Kseniya Daşutsina və Martina Berker-Sıqanikova Aşqabadda Türkmənistan parlamentinin nümayəndələri ilə görüşüblər.

Teleqraf xəbər verir ki, bu barədə parlamentin rəsmi saytında məlumat verilib.

İclasda Türkmənistan parlamentinin sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, neytrallıq prinsiplərinin müdafiəsi istiqamətində BMT və digər beynəlxalq təşkilatlarla işinin əsas istiqamətləri, həmçinin Türkmənistanın ATƏT ilə sıx əməkdaşlığı vurğulanıb.

Görüş zamanı tərəflər Türkmənistanda beynəlxalq təcrübəni rəhbər tutaraq, seçki və referendum sisteminin təkmilləşdirilməsi istiqamətində səmərəli iş aparıldığını qeyd ediblər.

Həmçinin Türkmənistanda insan hüquq və azadlıqlarının, gender bərabərliyinin qorunması ilə bağlı normativ hüquqi aktların olduğu və bu sahələr üzrə milli qanunvericiliyin beynəlxalq təcrübə əsasında daim təkmilləşdirildiyi bildirilib.

Chosen
30
teleqraf.com

1Sources