
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin müavini Kürşad Zorlu Zəngəzur dəhlizini Türk dünyası üçün strateji əhəmiyyət daşıyan layihə adlandırıb. O bildirib ki, Şuşa Bəyannaməsində əks olunan siyasi iradə Türkiyə-Azərbaycan münasibətlərinin gələcək inkişafına yön verən əsas sənəddir. Zorluya görə, Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək marşrut yalnız regional nəqliyyat əlaqələrini deyil, həm də Cənubi Qafqaz və Şərqi Anadolunun iqtisadi potensialını ortaya çıxaracaq. Siyasətçi dəhlizin Türkiyənin İğdır vilayətində də inkişafı stimullaşdıracağına əmindir və bu layihəni "Türk marşrutu" adlandıraraq Atatürkün Azərbaycan və Naxçıvana verdiyi önəmi xatırladıb. Zorlu qeyd edib ki, region bu gün sülh və inkişaf baxımından əhəmiyyətli bir mərhələyə qədəm qoyur.Ulusum.az
Diqqət Çəkənlər
349 min manatlıq gecikmiş əmək haqqı işçilərə ödənildi
Brius Uillisin sağlamlıq durumu pisləşib: ailəsi hər gününü “hədiyyə” adlandırır
Hava proqnozu açıqlandı - Sabah leysan yağacaq