EN

Avtobusun güzgüsü niyə sındırıldı?

Hər bir nəqliyyat vasitəsi yol hərəkəti qaydalarına uyğun idarə olunanda , heç şübhəsiz qəzalar da baş vermir. Çox təəssüf ki, bu bəzən belə olmur. Yəni yol hərəkəti qaydaları bir neçə sürücü tərəfindən pozulması faktı sərnişinlərə həyəcanlı anlar yaşadır.

Belə vəziyyətlə biz tez-tez üzləşirik.Heç uzağa getməyək, sentyabrın 15-də günorta saat 14 radələrində 50 nömrəli marşrutda hərəkət edən avtobus Yeni Günəşli  qəsəbəsinə gedir. Babək prospektində körpünün üstündə 90- JE-354 nömrəli bir yük maşını biz içərisində olduğumuz avtobusu ötmək istədi. Hansı ki, körpünün üstündə nəqliyyat vasitəsini ötmək kobud qayda pozuntusudur.

Amma buna əhəmiyyət verməyən yük maşının sürücüsü qarşı tərəfin yoluna çıxaraq avtobusu ötdü və onun güzgüsünü sındırdı. Az qalmışdı ki, avtobus körpüdən yola aşsın. Sadəcə olaraq Allahın və sürücünün köməyi hesabına qəza baş vermədi.Yük maşını bir qədər gedib, yolun sağında saxladı və avtobus sürücüsü ilə anlaşıb , ona dəyən ziyanını ödədi.

Bəs avtobusda qəza şəraitində sərnişinlərə qorxulu anlar yaşadığına görə , onlara dəymiş mənəvi ziyanı kim ödəyəcək? Bəs avtobus körpüdən aşsaydı neçə? Bu  vaxt heç şübhəsiz ki, ölənlər və xəsarət alanlar olacaqdı, bəs onun cavabını kim verəcəkdi!Yük maşının sürücüsü? Xöşbəxtlikdən qəza baş vermədi.İnanırıq ki, Bakı Şəhər Dövlət Yol İdarəsi qəza şəraiti yaradan və sərnişinləri ölüm təhlükəsi yaşadan. 90- JE - 354 nömrəli yük maşınını tapacaq və sürücünü inzibati məsuliyyətə cəlb edəcəkdir. Və qəza vəziyyəti yaradan digər sürücülər də ibrət olar?

Emil Faiqoğlu

Chosen
17
1
adalet.az

2Sources