EN

Azərbaycan dövlət büdcəsi üçün neftin qiymətini aşağı saldı

2026-cı ilin dövlət büdcəsi üzrə proqnolzlar 2026-cı ildə xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülməklə proqnozlaşdırlıb.

Marja.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamada bildirilir. 

Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsi üçün xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

Xəbər verdiyimiz kimi, 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat, xərcləri 41 milyard 548.6 milyon manat, kəsiri 3 milyard 125.6 milyon manat proqnozlaşdırılır.

İş axtarmaq heç vaxt bu qədər həyəcanlı olmayıb! Hər gün yeni vakansiyalar, maaşı yüksək, etibarlı elanlar - AzVak.az-da. İndi bax, fürsəti qaçırma!

Chosen
38
7
marja.az

10Sources