Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov İsrail Dövlətinin Azərbaycan fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.Metbuat.az xəbər verir ki, bu barədə DMX məlumat yayıb. Görüş zamanı Vüsal Hüseynov Xidmətin fəaliyyət istiqamətləri və Azərbaycanın miqrasiya siyasətinin əsas prioritetləri barədə məlumat verib.Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Ronen Krausz iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb və diplomatik fəaliyyəti dövründə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.