EN

Tramp bu qəzeti məhkəməyə verdi - 15 milyard dollar tələb edir!


ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetinə qarşı məhkəmə iddiası qaldırıb. ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində məlumat yayıb. O bildirib ki, nəşrə qarşı böhtan və nüfuzdan salma ittihamı ilə məhkəmə iddiası qaldırıb. Trampın sözlərinə görə, bu iddianı qaldırmaq onun üçün "böyük şərəfdir".
Tramp qəzetin "sol-radikal Demokrat Partiyasının ruporu" olduğunu və onu ölkə tarixindəki "ən pis qəzetlərdən biri" kimi xarakterizə edib. Məlumata görə, 15 milyard dollarlıq məhkəmə iddiası Florida ştatında təqdim olunub.

Mətləb

Chosen
49
3
baki-xeber.com

10Sources