1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Siyəzən Rayon Mərkəzi Xəstəxanasına hücum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə sentyabrın 15-də baş verib . Rayon sakini, 1973-cü il təvəllüdlü Əlhadi Məhəmməd oğlu Səmədov əsəbi halda əraziyə gələrək, xəstəxananın qapısını təpiklə qırıb, binaya daxil olub.
Hadisə yerinə polis əməkdaşları gəliblər və şəxs barədə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.
Siyəzən Rayon Məhkəməsində inzibati xəta törədən şəxslə Siyəzən Rayon Mərkəzi Xəstəxanasının direktoru arasında barışıq elan olunub və hadisəni törədən şəxs xəstəxanaya dəymiş 100 manat ziyanı ödəyib. Məhkəmənin qərarı ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilib.
Samir Əli