ABŞ-nin ən məşhur italyan aşpazlarından biri Valentino Luçini bir gündə üç fərqli bankı qarət etdiyi iddiası ilə saxlanılıb.
Ölkə.az xəbər verir ki, San-Fransiskoda polis 62 yaşlı tanınmış italyan aşpaz Valentino Luçinini eyni gündə üç müxtəlif bankı qarət etdiyinə görə həbs edib.
Məlumata görə, o, sentyabrın 10-da kassirə hədələyici kağız təqdim edərək pul götürüb və Çaynataun bölgəsindəki banklardan birindən qaçıb. Qısa müddət sonra Luçini oxşar üsullarla törədilən daha iki quldurluq hadisəsi ilə əlaqələndirilib.
Polis təhlükəsizlik kameraları və əldə olunan məlumatlar vasitəsilə cinayətkarın Luçini olduğunu müəyyənləşdirərək onu saxlayıb.
Qeyd edək ki, Luçini uzun illər şəhərin sevimli italyan restoranı olan “Rose Pistola”da baş aşpaz kimi çalışıb, həmçinin Walnut Creekdə yerləşən “Ottavio's” restoranının sahibi olub.
Lakin restoranının bağlanmasından sonra onun ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi bildirilir.
Aşpaz 2018-ci ildə də bank soyğununa görə saxlanılmış və o zaman borclara görə çarəsiz qaldığını bəyan etmişdi.
Hazırda onun barəsində iki quldurluq və bir soyğunçuluğa cəhd ittihamı irəli sürülüb. Luçinin ümumilikdə nə qədər pul götürdüyü açıqlanmayıb.
Mürtəza