EN

Faiq Ağayevdən Zümrüdə irad - VİDEO

Xalq Artisti Faiq Ağayev “Gün ortası” verilişinin aparıcısı Zümrüd Bədəlovanı efirdə tənqid edib.

OLAY yazır ki, buna səbəb aparıcının müğənniyə şəxsi həyatı ilə bağlı sual verməsi olub. 

O müğənnidən 17 yaşında ata olması və hal hazırda 25 yaşında oğlunun olması ilə bağlı iddiaları soruşub. Sənətçi bu  haqda 1999-cu ildə açıqlama verdiyini və artıq bu barədə danışmaq istəmədiyini bildirib.

Həmçinin Ağayev bildirib ki, o, hazırda “Azad Azərbaycan Teleradio Şirkətinin Bədii Şurası”nın üzvüdür və Audiovizual Şura belə bildirib ki, ailə-məişət mövzuları efirdə hallanmasın. Bu məsələyə görə Ağayev aparıcıya bir il müddətində onunla əlaqə saxlamamasını, zəng etməməsini tələb edib. 

“Bir ildən sonra isə düşünərik” - deyə sənətçi qeyd edib.

Chosen
23
1
olay.az

2Sources