EN

Dövlət Miqrasiya Xidmətinin rəisi İsrail Dövlətinin ölkəmizdəki səfiri ilə görüşüb

Bakı. Trend:

Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiyaxidməti müşaviri Vüsal Hüseynov İsrail Dövlətinin ölkəmizdəkifövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

Trend Dövlət Miqrasiya Xidmətinə istinadla xəbər verir ki,qonaqları səmimiyyətlə salamlayan Xidmət rəisi səfiri Azərbaycandadiplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onafəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətininfəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, ölkəmizinmiqrasiya siyasətinin əsas prioritetlərini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Ronen Krausz ikiölkə arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb və diplomatikfəaliyyəti dövründə mövcud əlaqələrin daha da inkişaf etdirilməsiüçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında da müzakirələr aparılıb.

Chosen
20
az.trend.az

1Sources