Ötən gecə İsrail Hərbi Hava Qüvvələrinin Qəzza şəhəri və ətraf rayonlara endirdiyi hava zərbələri nəticəsində 40-dan çox fələstinli həlak olub, onlarla insan yaralanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Əl-Cərizə" telekanalı məlumat yayıb.
Hücum anklavın inzibati mərkəzində və yaxın ərazilərdə dağıntılara səbəb olub.
Telekanalın məlumatına görə, ümumilikdə 41 nəfər ölüb.