EN

“Benfika” ilə oyuna doğru: statistika nə deyir?

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk oyuna çıxacaq. Azərbaycan çempionu Portuqaliyada “Benfika”nın qonağı olacaq.

Futbolpress.az-ın məlumatına görə, “Benfika” bu mövsüm Çempionlar Liqasında 4 oyun keçirib. III təsnifat mərhələsində Fransanın “Nitsa” klubunu keçən komanda liqa mərhələsinə vəsiqə yolunda “Fənərbağça” səddini aşıb. Bruno Lagenin rəhbərlik etdiyi kollektiv “Nitsa” ilə hər iki oyunu eyni hesabla – 2:0-la qazanıb. Türkiyədə “Fənərbağça” ilə qolsuz heç-heçə edən portuqallar ev oyununda minimal hesablı qələbə sayəsində əsas mərhələyə yüksəlib.

Çempionlar Liqasında məğlubiyyətsiz olan “Benfika” Portuqaliya çempionatında son turda xal itkisi yaşayıb. Buna qədər keçirdiyi üç oyunu da qazanan “Benfika” azarkeşləri önündə “Santa Klara” ilə son dəqiqədə buraxılan qolla heç-heçə edib – 1:1.

“Benfika” bu mövsüm bütün turnirlər daxil olmaqla 8 oyunda 12 qol vurub və cəmi 2-ni buraxıb. ÇL-də qol buraxmayan kollektiv liqada 2 dəfə məyus olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
futbolpress.az

1Sources