EN

Gələn həftə görüşə bilərlər

Gələn həftə ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski arasında görüş keçirilə bilər.

“Qafqazinfo” “France-Presse” agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət katibi Marko Rubio açıqlayıb.

Onun sözlərinə görə, liderlər arasında danışıqlar Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində baş tuta bilər.

Xatırladaq ki, D.Trampla V.Zelenski arasında sonuncu görüş avqustun 18-də Vaşinqtonda keçirilib.

"Cebheinfo.az"

Chosen
58
1
cebheinfo.az

2Sources