EN

“SİMA İmza” mobil tətbiqi 5 milyon yüklənməyə çatıb

Azərbaycanın rəqəmsal ekosistemində vacib layihələrdən biri olan “SİMA İmza” mobil tətbiqi 5 milyon yüklənməyə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X"də paylaşım edib.

"Bu nailiyyət “SİMA İmza”nın vətəndaşlar, sahibkarlar, hüquqi şəxslər və dövlət qurumları arasında rəqəmsal ünsiyyətin etibarlı və effektiv vasitəsinə çevrildiyini göstərir. Hazırda təhsil, səhiyyə, vergi, gömrük, ədliyyə, məşğulluq, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 90-a yaxın qurumun xidmətlərində "SİMA İmza" inteqrasiya olunub. Ödənişsiz şəkildə və heç yerə getmədən rəqəmsal imza əldə etmək hər bir vətəndaşımız, xüsusilə də ucqar bölgələrdə yaşayan şəxslər üçün elektron xidmətlərə əlçatanlığı formalaşdırır. Layihədə əməyi keçən hər kəsə təşəkkür edirəm", - nazir qeyd edib.

Chosen
14
6
operativmedia.az

10Sources