"On ildir ki, xəstəliklə mübarizə aparırdı, çox təəssüf, biz onu itirdik".
APA xəbər verir ki, bu sözləri Xalq artsti Murad Yagizarovun qardaşı Rəsul Yagizarov jurnalistlərə açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, bu müddət ərzində qardaşı kifayət qədər dəstək və qayğı görüb: “Bu mənada, ona diqqət və qayğı göstərən hər kəsə təşəkkür edirəm”.
Rəsul Yagizarov Azərbaycan mədəni ictimaiyyətinə bu ağır itki ilə bağlı başsağlığı verib.