EN

Naxçıvanda işsizlərin sayı 2 dəfədən çox artıb - RƏQƏMLƏR

Bu ilin iyulun 1-nə Naxçıvan MR-da rəsmi işsiz kimi qeydiyyata alınmış şəxslərin sayı 13 min 65 nəfər olub.

FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə bu ötən ilin eyni dövrü ilə müqayisədə 6 min 939 nəfər, başqa sözlə 2,1 dəfə çoxdur.

Ötən ilin müvafiq dövründə Muxtar Respublikada işsizlərin sayı 6 min 126 nəfər olub.

İllik müqayisədə işsiz sayında ən kəskin artım Sədərək rayonunda qeydə alınıb. Rayonda işsizlərin sayı 397 nəfər və ya 2,7 dəfə çoxalıb. Ümumi işsiz sayı isə iyulun 1-I vəziyyətinə 630 nəfərə bərabər olub.

 Şərur və Ordubad rayonlarının hər birində 2,5 dəfəlik artım müşahidə edilib. Bu rayonlarda işsizlərin sayı rəqəm ifadəsində müvafiq olaraq 1 692 və 890 nəfər artıb. Məlumatlara görə Şərur rayonunda işsizlərin sayı 2 841 nəfər, Ordubad rayonunda isə 1 495 nəfər təşkil edib.

Culfa rayonu üzrə işsizlərin sayı 893 nəfər, başqa sözlə 2,3 dəfə artaraq 1 573 nəfərə və Babək rayonu üzrə  1 207 nəfər və ya  2,1 dəfə artımla 2 258 nəfərə yüksəlib.

Kəskin artım hiss olunan digər rayonlara  Kəngərli rayonu (592 nəfər və ya 82,1%), Naxçıvan şəhəri (963 nəfər və ya 80,7%) və Şahbuz rayonu (305 nəfər və ya  61,7%) da daxildir.

1 iyul vəziyyətinə rəsmi olaraq Kəngərli rayonunda 1 313, Naxçıvan şəhərində 2 156, Şahbuz rayonunda 799 nəfər işsiz qeydiyyatda olub.

Chosen
32
fed.az

1Sources