EN

“Mastercard”: Azərbaycanda ən çox pul xərcləyən qazaxıstanlı turistlərdir

Bu il Azərbaycan 178 ölkədən turist qəbul edib.

Bunu “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov mətbuat konfransında deyib.

O bildirib ki, siyahıda Türkiyə liderdir: “İkinci yerdə BƏƏ, üçüncü yerdə Böyük Britaniya, dördüncü yerdə Qazaxıstan yer alıb. Top-5-liyi Səudiyyə Ərəbistanı tamamlayır”.

Emil Zeynalov qeyd edib ki, bu ölkələr sırasında əməliyyat həcminə görə Qazaxıstan turistləri premium seqment hesab edilir:

“Turistlərin Azərbaycanda xərcləmələri 10% artıb. Daha çox xərcləmə gecələmə ilə bağlıdır. Orta hesabla bir hoteldə gecələmə xərcləri 133 avro təşkil edib”.

Emil Zeynalov əlavə edib ki, Azərbaycana turist qəbulu mövsümi deyil, daimi xarakter daşıyır: “Mastercard” bu baxımdan müştəri məlumatlarını təhlil edir və iqtisadiyyata turizm sektorunun necə töhfə verdiyini paylaşır”.

Mənbə APA

Chosen
34
4
banker.az

5Sources