EN

Yüksək balla GDU ya qəbul olan tələbələrə hədiyyələr verilib

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Gəncə, 16 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Gəncə Dövlət Universitetində (GDU) 2025/2026-cı tədris ilinin başlanması və Bilik Gününə həsr edilən tədbir keçirilib.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rektor Yusif Yusibov yeni tədris ilinin başlanması münasibətilə universitet əməkdaşlarını və tələbələri təbrik edib, onlara uğurlar arzulayıb. O, Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Həmçinin dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb, son illər ərzində universitetdə əldə olunan nailiyyətlər, ali təhsil ocağının yüksək nüfuzu, kadr hazırlığı, tələbələr üçün yaradılan yeni imkanlar haqqında söhbət açıb.

Rektor son illər universitetə qəbul olunan tələbələr arasında yüksək bal toplayanların sayının artdığını xüsusi vurğulayıb. Bildirib ki, bu tədris ilində də Gəncə Dövlət Universitetinin bakalavriat səviyyəsinə 600 və daha çox bal toplayaraq qəbul olan I kurs tələbələrinə payız semestri ərzində aldıqları təqaüddən əlavə hər ay 200 manat məbləğində həvəsləndirici təqaüd veriləcək. Növbəti semestrlərdə isə ÜOMG-si 91-100 bal aralığında olduğu və universitetin ictimai həyatında fəal iştirak etdiyi halda tələbələrə təqaüdün verilməsi davam etdiriləcək.

Tədbirdə 617 balla universitetin riyaziyyat müəllimliyi ixtisasına qəbul olan Ayşən Aslanlı, 633 balla riyaziyyat-informatika ixtisasına qəbul olan Nərmin Muradova və 86 balla magistratura səviyyəsinə qəbul olan Nərmin Muradova təhsillərini Gəncə Dövlət Universitetində alacaqlarına görə fəxr etdiklərini dilə gətiriblər.

Valideyn Manya Əliyeva çıxış edərək gənclər üçün yaradılan şərait və onlara verilən dəstəyə görə universitet rəhbərliyinə minnətdarlığını bildirib.

Tədbirdə GDU-ya yüksək balla qəbul olan gənclərə hədiyyələr təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
53
2
azertag.az

3Sources