EN

Ermənistan və İranla sərhədi minalardan təmizlədilər

Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP), Avropa İttifaqı və Türkiyə Müdafiə Nazirliyinin birgə həyata keçirdiyi 23,8 milyon dollarlıq üç illik layihə çərçivəsində Türkiyənin şərq sərhədləri boyunca 94 mina sahəsində 50 min mina təmizlənib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

BMT-nin İnkişaf Proqramının Türkiyə ofisindən verilən məlumata görə, layihə çərçivəsində Ermənistan və İranla sərhəddə yerləşən 4,2 milyon kvadratmetr ərazi həmin ərazidə yaşayan vətəndaşlar və sərhəd xidməti əməkdaşları üçün təhlükəsiz vəziyyətə gətirilib. 

Bundan əlavə, ölkədə bütün aktiv mina sahələrinin xəritələşdirilməsi başa çatıb.

Bu proqramın həyata keçirilməsi üçün Avropa İttifaqı 21,3 milyon dollar, Türkiyə isə 2,5 milyon dollar ayırıb.

Ağarza Elçinoğlu 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
39
2
unikal.az

5Sources