EN

Neftimiz bu gün neçəyə satılır?

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti ucuzlaşıb.


Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,06 ABŞ dolları və ya 0,09% azalaraq 69,43 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,49 ABŞ dolları idi.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Chosen
75
15
manset.az

10Sources