Avropa Komissiyası (Aİ) gözlənildiyi kimi 17 sentyabrda Rusiyaya qarşı növbəti sanksiyalar paketini təqdim etməyəcək, açıqlama isə qeyri-müəyyən müddətə təxirə salınıb. Olaylar.az xəbər verir ki, bu barədə Avropanın Politico nəşri Avropa diplomatına və blokdakı bir ölkənin rəsmisinə istinadla məlumat verib. Məlumatda bildirilir ki, 19-cu paketdəki məhdudiyyətlərin açıqlanması artıq çərşənbə günü gözlənilmir. Avropa Komissiyası yeni sanksiyaların rəsmi təqdimatının mümkün tarixini açıqlamayıb. Politico-nun məlumatına görə, təxirə salınmanın səbəbi Aİ-nin diqqətini Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən Slovakiya və Macarıyaya təzyiq göstərməyə yönəltməsidir. Məqsəd bu ölkələrin "Rusiya neftindən asılılığı azaltması"dır.Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31