EN

Vəkil sirri təşkil edən məlumatların əhatə dairəsi genişləndirilir

Bakı. Trend:

Vəkil sirrinə dair qanunvericilik təkmilləşdirilir.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Vəkillərvə vəkillik fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, vəkilin peşə vəzifələrinin həyatakeçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər,hazırladığı hüquqi sənədlər, rəylər və arayışlar, habelə hüquqiyardım üçün müraciət faktı, hüquqi yardım haqqında bağladığımüqavilənin mətni və müqavilənin bağlanılması faktı, müraciətinmahiyyəti, vəkilin göstərdiyi hüquqi xidmətdən imtina edildikdəimtinanın əsasları vəkil sirrini təşkil edəcək.

Vəkildən imtina edilməsi vəkil sirrinin açıqlanması üçün əsasola bilməyəcək.

Vəkil sirri təşkil edən məlumatların vəkillərdən, vəkilköməkçisindən, vəkil qurumlarından, eləcə də vəkil kimi fəaliyyətgöstərdiyi dövr üzrə fəaliyyəti dayandırılmış və ya fəaliyyətinəxitam verilmiş vəkillərdən tələb edilməsi yolverilməz olacaq.

Mövcud qanunvericiliyə əsasən, vəkilin peşə vəzifələrinin həyatakeçirilməsi ilə əlaqədar aldığı məlumatlar, verdiyi məsləhətlər vəarayışlar vəkil sirrini təşkil edir.

Chosen
14
2
az.trend.az

3Sources