EN

Ombudsmanın illik məruzəsinə parlamentin komitə iclasında baxılmayacaq

İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinə parlamentin komitə iclasında baxılmayacaq.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) konstitusion statusu nəzərə alınaraq, onun illik məruzəsinə komitə iclasında deyil, birbaşa Milli Məclisin iclasında baxılması təklif edilir. Başqa sözlə, parlamentin İnsan hüquqları komitəsi artıq Ombudsmanın hesabatına rəy verməyəcək.

Chosen
12
11
apa.az

10Sources