EN

Tələbələrinə təcavüzə görə Azərbaycanda saxlanılan müəlim HƏBS OLUNDU

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyanın Moskva şəhərindəki rəssamlıq məktəblərindən birinin müəllimi Viktor Elizarov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun 15 il müddətinə məktəblərdə müəllimlik fəaliyyəti də qadağan edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Zamoskvoretski rayon məhkəməsi 69 yaşlı rəssamı azyaşlılara qarşı nalayiq hərəkətlərdə təqsirli bilib. Prokurorluq 2009-cu ildən 2018-ci ilə qədər iki azyaşlı qıza qarşı nalayiq hərəkətlər faktını müəyyən edib.

2021-ci ilin dekabrında 15-dən çox tələbə Elizarovu şirnikləndirmə, pedofiliya, psixoloji və fiziki zorakılıqda ittiham edib. Onlar iddia ediblər ki, müəllim öz “gələcək sevgililərini” ibtidai siniflərdən seçib, özü üçün “böyütdürüb”.

"Yuxarı siniflərdə kənar məşq zamanı o, səhərlər gəlib intim yerlərimizə toxunaraq, bizi yuxudan oyandırırdı. Bir dəfə başqa bir qızın qışqırıq səsinə oyanmışdım", - Elizarovun tələbələrindən biri olan Yekaterina deyib.

Qeyd edək ki, 2021-ci ildə müəllimə qarşı cinayət işi açılsa da, kişi Kiprə qaçıb. 2023-cü ildə o, Azərbaycanda saxlanılaraq Rusiyaya aparılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
lent.az

1Sources