EN

Gəncə-Daşkəsən bölgəsində fəaliyyət göstərən bağçaların sayı ARTIB

Son illərdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yenidən qurulması və yeni bağçaların tikintisi istiqamətində mühüm addımlar atılıb. Regionlarda fəaliyyət göstərən bağçaların əksəriyyəti əsaslı təmir olunub, uşaqların təlim-tərbiyəsi və sosial inkişafı üçün müasir standartlara uyğun şərait yaradılıb.

Belə ki, təhsilin erkən mərhələsində uşaqların inkişafına önəm verən dövlət proqramları çərçivəsində məktəbəqədər təhsil sisteminin əhatəliliyinin artırılması da prioritet istiqamətlərdən biridir.

Hazırda regionlarda neçə bağça fəaliyyət göstərir?

Mövzu ilə bağlı AzEdu.az Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

İdarədən sorğumuza cavab olaraq bildirilib ki, idarənin tabeliyində ümumilikdə 125 bağça fəaliyyət göstərir:

"Belə ki, Gəncədə 42, Goranboyda 33, Naftalanda 2, Samuxda 19, Göygöldə 18 və Daşkəsəndə isə 11 bağça fəaliyyət göstərir. Həmçinin bağçalara 8624 uşaq cəlb edilib".

Qeyd edək ki, bu il bir bağça tikilib istifadəyə verilib. Naftalanda ötən il 1 bağça fəaliyyət göstərirdisə artıq bu il 2 bağça fəaliyyət göstərir.

Chosen
10
5
azedu.az

8Sources