Bakı. Trend:
İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalıneftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə0,06 ABŞ dolları və ya 0,09% azalaraq, 69,43 dollar/barel təşkiledib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “AzeriLight” markalı neftin bir barelinin qiyməti 0,04 dollar və ya 0,06%ucuzlaşaraq 67,94 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici iləmüqayisədə 0,26 dollar və ya 0,46% azalaraq, 56,50 dollar/bareləbərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin birbarelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,14 dollar vəya 0,21% azalaraq 67,60 dollar/barel təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftinorta qiyməti 70 ABŞ dollarından hesablanıb.