Avropa Komissiyası (AK) növbəti anti-Rusiya sanksiyaları paketini 17 sentyabrda təqdim etməyəcək, sənədin açıqlanması qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə Avropa nəşri “Politico” bloka daxil olan ölkələrdən birinin rəsmisinə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, 19-cu sanksiyalar paketinin elan olunması “artıq çərşənbə günü gözlənilmir”. AK yeni sanksiyaların rəsmi təqdimatının mümkün tarixlərini dəqiqləşdirməyib.
“Politico”nun məlumatına görə, gecikmə Aİ-nin diqqətinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən Slovakiya və Macarıstana təzyiq göstərməyə yönəlməsi ilə bağlıdır ki, bu ölkələr Rusiya neftindən asılılıqlarını azaltsınlar.