EN

La Liqa prezidenti İspaniyada VAR la bağlı sistemin yenilənməsini təklif edir

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

La Liqanın prezidenti Xavyer Tebas İspaniya çempionatında bir komandanın baş məşqçisinin hakim qərarı olmadan videoya baxış tələb etməsi imkanını təqdim etmək istəyindən danışıb. Sport24.az xəbər verir ki, o, bununla bağlı "Sport.es" portalına açıqlama verib:

"Ümumiyyətlə, VAR məsələsini gündəmə gətirmək istərdim. FİFA-nın sınaqdan keçirdiyi sistemi bəyənirəm, burada hər bir baş məşqçinin VAR ilə bağlı hakimlərin qərarını gözləmədən, hər matça iki dəfə baxış tələb etmək imkanı var. Əminəm ki, belə bir təcrübə fikir ayrılığının qarşısını almağa kömək edəcək. Biz bu sistemi İspaniya Primerasında ən yüksək səviyyədə sınaqdan keçirə bilərik".

Qeyd edək ki, La Liqa prezidenti dəfələrlə VAR-ın fəaliyyəti ilə bağlı mövcud qaydaları tənqid edərək, hakim qərarları ilə bağlı mübahisələrin turnirin imicinə ziyan vurduğunu vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
sport24.az

1Sources