EN

ABŞ Dövlət Departamenti Perunun F 16 qırıcıları almasına razılıq verib

Apa.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Dövlət Departamenti Perunun F-16 qırıcıları və onlara aid avadanlıq almasına razılıq verib.

APA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, Perunun hökumətinə 3,42 milyard dollar dəyərində F-16 təyyarələrinin, logistik dəstək elementlərinin və proqram təminatının satışı nəzərdə tutulur.

Məlumata görə, Peru ümumilikdə 12 qırıcı almağı planlaşdırır. Onların 10-u F-16C Block 70, 2-si isə F-16D Block 70 modifikasiyası olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
4
apa.az

5Sources