Avropa Prokurorluğu Pirey limanında 2 435 dəniz konteynerini müsadirə edib.
“İki sahil”in "Politico"ya istinadən məlumatına görə, bu əməliyyat Avropa İttifaqı (Aİ) tarixində müsadirə edilmiş konteynerlərin sayına görə ən böyük əməliyyat olub.
Konteynerlərin əksəriyyətində elektrik velosipedləri, tekstil məhsulları və ayaqqabılar olub.
Avropa Prokurorluğu bu malların Aİ ərazisində qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən altı şəxsə qarşı ittiham irəli sürüb. Qurumun hesablamalarına görə, bu qanunsuz fəaliyyət nəticəsində Aİ ölkələrinin büdcələri təxminən 800 milyon ABŞ dolları məbləğində gömrük rüsumları və ƏDV itirib.