EN

Mərkəzi Bank üç kredit ittifaqınaİCRASI MƏCBURİ GÖSTƏRİŞ VERİB

Azərbaycan Mərkəzi Bankı (AMB) "Ləman", "Stumul" və "İnci Kredo" kredit ittifaqlarına icrası məcburi göstəriş verib. 

 

Senzor.az bildirir ki, bu barədə AMB məlumat yayıb.

 

Məlumata görə, kredit ittifaqları 2024-cü ilin kənar auditdən keçmiş maliyyə hesabatlarını təqdim etmədiyindən, "Kredit ittifaqları haqqında" qanunun 17.3-cü maddəsinin tələbi təmin edilməyib. "Kredit ittifaqına bank əməliyyatının həyata keçirilməsi üçün lisenziya verilməsi Qaydası"nın 4.4.4-cü yarımbəndinin tələblərini rəhbər tutaraq, kredit təşkilatlarından maliyyə hesabatlarının kənar auditdən keçməsi, təsdiqedici sənədlər əlavə edilməklə quruma rəsmi məlumat verilməsi tələb olunub.

Chosen
23
20
senzor.az

10Sources