EN

Rəhbər Bakıda yüksək yerlər uğrunda mübarizə aparacaqlarına əmindir

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Williams" komandasının rəhbəri Ceyms Voulz Azərbaycan Qran-prisində yüksək yerlər uğrunda mübarizə aparacaqlarına əmindir.

Sportinfo.az "Motorsport"a istinadən xəbər verir ki, funksioner qarşıdakı yarışa kökləndiklərini bildirib.

O, Bakıdakı mərhələdə yaxşı performans göstərə biləcəklərini söyləyib:

"Bizi Bakıdakı yarış gözləyir. Məncə, yaxşı mübarizə apara bilərik.

Əminəm ki, sıralama turunda istədiyimiz nəticəni əldə etdikdən sonra həftəsonu orada yüksək yerlər uğrunda mübarizə aparacağıq".

Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.

Chosen
46
sportinfo.az

1Sources