EN

"Kəpəz"in 1000 oyunu var

“Kəpəz” müstəqillik dövründə 1000-ci rəsmi oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

Komanda Premyer Liqanın 4-cü turunda "Araz-Naxçıvan"la qarşılaşıb. Bu da klub üçün əlamətdar olub.

Gəncə təmsilçisi Azərbaycanmiqyaslı yarışların keçirilməyə başladığı 1992-ci ildən indiyədək Premyer Liqada (əvvəlki güclülər dəstəsi) 686, I Liqada (əvvəllər birinci divizion) 177, ölkə kubokunda 110, avrokuboklarda 14, Birlik kubokunda 13 qarşılaşmaya çıxıb.

Chosen
78
sportinfo.az

1Sources