EN

“Xaricdə təhsil üzrə dövlət proqramında qəbul prosesi çətinləşdiriləcək” - Emin Əmrullayev

"Hər il xaricdə təhsil üçün 500 tələbəni dünyanın ən yaxşı universitetlərinə göndəririk. Onların təhsili üçün dövlət tərəfindən külli-miqdarda vəsait ayrılır".

Yenisabah.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin "Hədəf" proqramında deyib.

"Yalnız bu il 150 nəfərdən artıq tələbəmiz dünyanın TOP-10 universitetinə qəbul olub. Hər il təxminən bu rəqəmi təkrarlayırıq. Onların əksəriyyəti qayıdır". Toyuqlu pizza

Nazir vurğulayıb ki, xaricdə təhsil proqramı üçün müraciət edənlərin sayı bu il 900-ə yaxın idi:

"Biz 500 nəfəri seçməli idik. Bu prosesdə müsahibələr də aparılır. İstənilən müsahibə müəyyən qədər subyektivdir. Bunun üçün də qəbul prosesini daha da çətinləşdirməyi, ən yüksəksəviyyəli universitetlərə yönəltməyi düşünürük"./Oxu.az


Telegram kanalımız
Chosen
17
yenisabah.az

1Sources