EN

Azərbaycanın dövlət büdcəsi 42 milyarda yaxın olacaq

2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,2 % və 0,3 % çoxdur. Son nəticədə dövlət büdcəsində gələn il gözlənilən ümumi daxili məhsulun 2,3 %-i qədər və yaxud 3 milyard 125,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 2,4 % çoxdur.

Chosen
64
10
axar.az

10Sources