EN

Kamçatka yaxınlığında güclü ZƏLZƏLƏ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiyanın Kamçatka diyarının Petropavlovsk-Kamçatsk şəhəri yaxınlığında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri Petropavlovsk-Kamçatskidən 150 kilometr şərqdə yerləşib. Zəlzələnin ocağı isə 25 kilometrdən çox dərinlikdə olub.
Məlumata görə, diyar sakinləri yeraltı təkanları hiss ediblər.
Sunami təhlükəsi elan olunmayıb.
Chosen
39
3
oxu.az

1Sources