EN

Netanyahudan ölkə vətəndaşlarına çağırış: "İqtisadi təcridə hazırlaşın"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrailin Baş naziri Benyamin Netanyahu vətəndaşlara ölkənin mümkün iqtisadi təcridi barədə xəbərdarlıq edib.
Oxu.Az bu barədə "Kan" dövlət teleradio şirkətinə istinadla xəbər verir.
O, israilliləri avtarkiya elementlərinə - xarici əlaqələr olmadan müstəqil iqtisadiyyata gətirib çıxara biləcək dəyişikliklərə hazırlaşmağa çağırıb.
Netanyahu qeyd edib ki, Qətər də daxil olmaqla, düşmən ölkələr sosial şəbəkələr vasitəsilə qlobal diskursa təsir etmək üçün böyük sərmayələr yatırırlar. Baş nazirin sözlərinə görə, bu, İsrailin təcridini artırır.
Netanyahu ölkənin tədqiqat və real istehsalat daxil olmaqla, sənaye sektorunda çətinliklərlə üzləşə biləcəyini vurğulayıb.
O həmçinin qeyd edib ki, iqtisadi sanksiyalar və silahların, komponentlərin idxalı ilə bağlı problemlər reallığa çevrilə bilər.
Chosen
79
2
oxu.az

2Sources