EN

“Alphabet” kapitallaşması 3 trln. dolları keçən dördüncü şirkət oldu

“Google”un ana şirkəti olan “Alphabet” korporasiyası tarixdə kapitallaşması üç trilyon dolları keçən dördüncü kommersiya strukturu oldu.

Bunu “Nasdaq” birjasının məlumatları sübut edir.

Hərracda “Alphabet”in bir səhminin dəyəri 252,18 dolları ötüb, nəticədə, kapitallaşma 3,024 trilyon dollar təşkil edib.

“Alphabet” dünyada bazar dəyəri bu həddə çatan dördüncü şirkət oldu. O, ilk üçlüyə – “Nvidia”, “Microsoft” və “Apple”a qoşulub.

MənbəOXU.AZ
Chosen
14
1
banker.az

2Sources