EN

Ermənistan və Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşü Türkiyədə baş tuta bilər

Ermənistan-Türkiyə danışıqları üzrə xüsusi nümayəndələrin növbəti görüşü Türkiyədə baş tuta bilər.

News365.az xəbər verir ki, bunu Ermənistanın xüsusi nümayəndəsi, Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

O həmçinin görüşlə bağlı tarixin hələ ki, müəyyən edilmədiyini bildirib. 

Rubinyan bundan başqa sentyabrın 12-də İrəvanda iki ölkənin xüsusi nümayəndələrinin 6-cı görüşü zamanı əldə olunmuş razılaşmaların təfərrüatlarını da təqdim edəcəyini deyib.

Chosen
9
6
news365.az

7Sources