EN

Tramp gəlir, hava məkanı bağlanacaq

Axar.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Zabitlər demək olar ki, bütün mümkün ssenariləri əhatə edən çox əhatəli təhlükəsizlik əməliyyatı hazırlayıblar.

Axar.az xəbər verir ki, bunu Temza Vadisi Polis rəisinin müavini Kristian Bunt Donald Tampın London səfərini müzakirə edərkən bildirib.

Məlumata görə, iştirak edən qüvvələrin dəqiq sayı açıqlanmasa da, prezidentin səfər edəcəyi Vindzor və Çekers üzərindəki hava məkanı müvəqqəti olaraq bağlanacaq.

Bunt vurğulayıb ki, Trampın Kral III Çarlz və Britaniya baş naziri ilə görüşləri bağlı qapılar arxasında keçiriləcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 17-dən 19-dək Böyük Britaniyada səfərdə olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
78
4
axar.az

6Sources